Bakı Metropolitenində sərnişin axını 4,9 faiz artıb

03.03.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin fevral ayında Bakı metropoliteni 17 milyon 642 min 798 sərnişinə xidmət göstərib.

Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib. Sərnişin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 % artıb.

Ayın ən çox istifadə olunan stansiyası "Koroğlu" olub. Fevral ərzində bu stansiyadan 1 milyon 575 min 464 nəfər istifadə edib ki, bu da ümumi sərnişinlərin 8,9 %-ni təşkil edir.

Məlumata görə, NFC ilə ödənişlərdə artım davam edir. Ötən ay bu üsulla 6 milyon 117 min 003 ödəniş həyata keçirilib. Bu göstərici bütün ödənişli keçidlərin 30,02 %-nə bərabərdir. Yanvarla müqayisədə NFC-yə üstünlük verən sərnişinlərin sayı 980 min 812 nəfər artıb.

"Əlçatan metro" xidməti çərçivəsində fevral ayında 162 sifariş icra olunub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 13,5 % çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью