Bakı Metropolitenində YENİ TƏYİNAT

07.10.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov özünə yeni müşavir təyin edib. SİA İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elgün Rəsulov sədrin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Rəsulov bundan əvvəl 2022-2026-cı illərdə "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvü və sədrinin müşaviri vəzifələrində çalışıb.

2022-ci ildə isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri olub. 2006-2022-ci illərdə isə bank sektorunda şöbə, departament müdiri və müşavir vəzifələrində fəaliyyət göstərib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью