“Bakı Metropoliteni”ndə yeni TƏYİNAT

18.04.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentinə yeni rəis təyin edilib.

News24.az Banker.az-a istinadla xəbər verir ki, yeni təyin edilən departament rəisi Tural Talıblıdır.

O, 2023-cü ilin sentyabr ayından bu təyinata qədər “Azərbaycan İnvestisiya Holdinqi”nin Daxili audit şöbəsinin müdiri olub.

Tural Talıblı “Azerconnect” MMC-də Daxili audit meneceri, Baş korporativ auditor, “Deloitte Azərbaycan”da isə audit üzrə köməkçi kimi çalışıb.

O, 2009 – 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Biznesin idarə edilməsi və menecmenti üzrə bakalavr dərəcəsinə yiyələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью