“Bakı Metropoliteni”nin 700 minlik tenderi ləğv olunub

08.07.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə avadanlıqları üçün ehtiyat hissələri və aksesuarları almaq istəyi baş tutmayıb.

Mia.az-ın xəbərinə görə, buna səbəb tenderin ləğv edilməsidir.

Çünki satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

Tenderin dəyəri 713 206 AZN olub(pravda)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью