Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Metropoliteninin maliyyə göstəriciləri son illər dəyişməz olaraq qalır. Qurum hər il hesabat dövrünü zərərlə başa vurur. 2024-cü il də bu baxımdan istisna olmayıb. Halbuki əhalinin hər hansı sosial təbəqəsi üçün (əlillər, tələbələr, pensiyaçılar və s.) güzəştlərin tətbiq edilməməsi gəlirlərin artacağına dair gözləntilər yaratmışdı.
Buna baxmayaraq, açıqlanan rəqəmlər problemin təkcə tarif məsələsi ilə məhdudlaşmadığını göstərir. İlkin ehtimallar və aparılan monitorinqlər isə bir sualı aktuallaşdırır:
MÖVZU İLƏ BAĞLI:
Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ
Bakı Metropoliteni yenidən zərərlə üzləşə bilərmi?
Bakı Metropolitenindən Bizim.Media-anın sorğusuna cavab olaraq bildirilib ki, metropoliten sosial yönümlü və tənzimlənən tarif modeli əsasında fəaliyyət göstərir və bu model tarif gəlirlərinin əməliyyat xərclərini tam kompensasiya etməməsinə səbəb ola bilər:
“Hazırda maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə xərclərin optimallaşdırılması və gəlir strukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Növbəti illər üzrə maliyyə nəticələri bir sıra iqtisadi və əməliyyat amillərindən asılıdır və konkret proqnozun açıqlanması məqsədəuyğun hesab edilmir”.
Şəfiqə Şəfa, Bizim.Media