Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə (noyabrın 11-13-də) "Bakı Metropoliteni" QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.
Onun sözlərinə görə, bu addım COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən atılacaq.
"Dünyanın ən mötəbər tədbirlərindən biri - COP29-la əlaqədar metroda gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.
Rəhbərlik və əməkdaşların ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq.
Əsas məqsəd ehtiyac yarandığı halda sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir.
Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və sair istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, metrodan istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 stansiyada COP29 Əməliyyat Şirkətinin könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər", - deyə o qeyd edib.