Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək VİDEO

18.03.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Ramazan və Novruz bayramları ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, metropolitenin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, bayram günlərində gücləndirilmiş iş qrafiki tətbiq ediləcək.

“28 May-Əhmədli” və əks istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. Həmin tarixlərdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə eyni sahədə interval 3 dəqiqəyədək olacaq.

“Martın 20-dən 31-nə qədər “Həzi Aslanov-Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə müəyyənləşdirilib. İntervallar “Avtovağzal-8 Noyabr” və əks istiqamətdə 7 dəqiqə, “Avtovağzal-Xocəsən” və əks mənzildə 14 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində qatarların hərəkəti 20-21, 25-28 və 30 mart tarixlərində şənbə, martın 22-24-ü və 29-da bazar gününün qrafiki ilə tənzimlənəcək”, - deyə qurumun yaydığı məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью