Bakı metrosu nə vaxt yay rejiminə keçəcək?

27.05.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Havaların isinməsi ilə sərnişinlərin Bakı metrosunda havalandırma sistemləri ilə bağlı narahatlıqları artır. Bəs metro yay rejiminə nə vaxt keçid edəcək?

“Bakı Metropoliteni” QSC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatarların hərəkətinin yay rejiminə keçidi ilə bağlı hazırda monitorinq və təhlillər davam etdirilir.

“Yay rejiminin tətbiqi ilə bağlı yekun qərar iyun ayı ərzində veriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat təqdim olunacaq”, - deyə məlumatda qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью