Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb

03.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC 16 milyondan çox sərnişin daşıyıb.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, girişi ödənişsiz olan "Xocəsən" və "Avtovağzal" stansiyalarından, ümumilikdə 556 min 424 sərnişin istifadə edib.

Bu, sentyabr ayı ilə müqayisədə 64 % çoxdur. 1 milyon 683 min 032 sərnişinlə "Koroğlu" stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr tarixi isə 641 min 442 nəfərlə ən çox sərnişin daşınan gün olub.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib.

"Əlçatan metro" xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью