Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bakı Metropoliteni" QSC və İsveçrənin "Stadler Rail Group" şirkəti minimum istismar xərcləri olan 300-ə qədər yeni vaqonun alınmasını müzakirə edib.
BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, müzakirələr qurumun İdarə Heyətinin (İH) sədri Vüsal Aslanov və "Stadler Rail Group"un İH-nin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə aparılıb.
Tərəflər 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işləri də nəzərdən keçirib. Layihələrin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.
P.Şpuler "Stadler"in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədə məlumat verərək bu bilikləri Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.