Bakı metrosu tədris ilinin ilk günündə bu qədər sərnişin daşıyıb

16.09.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Bakı Metropliteni" QSC yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atdı.

Bakıvaxtı.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. 

Məlumata əsasən, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərdi.

Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43,06 %-ini təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью