Bakı metrosu yeni tuneldən görüntülər yaydı VİDEO

28.01.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

Birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Hazırda 2025-30-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.

AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək.

Bildirilib ki, Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan “yaşıl” və “qırmızı” xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, altı əsas komponentdən ibarət kompleks yanaşmadır.

Layihə çərçivəsində hazırda tikinti işləri həyata keçirilən yeni tunellərin inşası və “28 May” – “Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada tuneli (pilləkən) barədə ətraflı məlumat videoda yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью