Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb

26.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


2025-2026-cı illər ərzində Bakı metrosunda ümumilikdə 36 vaqon istismardan kənarlaşdırılıb.

"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda həmin vaqonların utilizasiyası ilə bağlı zəruri sənədləşdirmə prosedurları aparılır:

"Proses qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu, başa çatdıqdan sonra vaqonların utilizasiyası aidiyyəti dövlət qurumu tərəfindən həyata keçiriləcək".

Məlumata əsasən, Bakı Metropolitenində vaqon parkının yenilənməsi istehsalçı müəssisənin müəyyən etdiyi istismar müddəti, texniki göstəricilər və normativ tələblər nəzərə alınmaqla reallaşır. Bəlli istismar müddətini başa vurmuş vaqonlar müvafiq qaydada xətlərdən çıxarılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью