Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək TARİX AÇIQLANDI

29.04.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.

Qurumdan qeyd olunub ki, sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.

Həmçinin forum müddətində Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platforma üzərindən koordinasiyalı fəaliyyət həyata keçiriləcək.

Məlumatda o da vurğulanıb ki, tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью