Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda "28 May" metrostansiyasında sərnişin qatar yoluna düşüb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, qatar yoluna düşən sərnişin tələbə olub.
"O, tələbə biletini götürmək üçün qatar yoluna tullanıb. Bileti götürdükdən sonra oradan çıxıb.
Həmin şəxs polisə təslim edilib", - deyə qeyd edilib.