Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? RƏSMİ CAVAB

28.08.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Bakı Metropoliteni"nin gələcək inkişafı ilə bağlı maraq doğuran məsələlərdən biri də yeni stansiyaların quruluşu və sərnişinlər üçün keçid imkanlarıdır.

BAKU.WS-in məlumatına görə, xüsusilə metro şəbəkəsi genişləndikcə stansiyaların daha mürəkkəb və çoxsəviyyəli formada inşa edilib-edilməyəcəyi sual doğurur.

Maraqlıdır ki, Bakı metrosunda gələcəkdə xaricdəki kimi çoxmərtəbəli, çoxpilləli stansiyalar ola bilərmi?

"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, metro şəbəkəsi daha da genişləndikcə, qrunt xarakteristikası, dərinlik faktoru və digər amillər nəzərə alınmaqla gələcəkdə xətlərin kəsişməsində ikimərtəbəli stansiya inşa edilməsi istisna olunmur:

"Lakin, konseptual inkişaf sxemində yer alan stansiyaların inşası zamanı bu tip keçid stansiyalarının tikilməsi nəzərdə tutulmayıb".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью