Bakı metrosunda ölüm hadisəsi

03.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

Bakı Metropliteni QSC hadisəni təsdiq edib:

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью