Bakı metrosunda problem: QRkodlar işləmədi

06.11.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bakı Metropolitenində “Birbank” tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.

Globalinfo.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.

Belə ki, “BakıKart”ın metro ödənişləri üçün nəzərdə tutulan “Birbank” mobil tətbiqindəki bölməsi işləməyib.

Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.

Sözügedən problem metroda sıxlığa səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью