Bakı metrosunda PROBLEM: Sərnişinlər qatardan düşürüldü

07.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarında problem yaranıb.

Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Bildirilib ki, metronun "Ulduz" stansiyasında qatar dayandırılıb:

"Sərnişinlər qatardan düşürüldü. 15 dəqiqədir, gözləyirik. İddia olunur ki, sərnişinlərdən biri relslərin üzərinə yıxılıb".

Qeyd edək ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью