Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Hazırda Bakı metrosunda problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, metronun “Xalqlar Dostluğu” stansiyasına daxil olan qatar yola düşmür. Nəticədə platformada çox sayda sərnişin toplanıb.
Rəsmi verilən elana görə, qatarların hərəkətində texniki nasazlıq yaranıb, sərnişinlərdən yerüstü nəqliyyatdan istifadə etmələri tövsiyə edilir.
Qurumun Mətbuat xidmətinin rəhbəri “Qafqazinfo”ya problemin yaxın dəqiqələrdə həll ediləcəyini bildirib, hər hansı təhlükəli vəziyyətin olmadığını qeyd edib.