Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı metropolitenində problem yaranıb. Metronun “Elmlər akademiyasl” və “28 Mayt” stansiyalarında qatar tuneldə qalıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, metroda intervalın azalması ilə bağlıdır:
“Sərnişin sıxlığının tənzimlənməsi ilə bağlı bəzi günlər belə hallar olur. Əsasən, “Dərnəgül” – Nizami” sahəsində bu problem olub. Sıxlıq olanda, sərnişinlər hüdud xəttini keçəndə və ya qapını tutub saxlayanda ləngimələr olur.
“İnşaatçılar” – “Nizami” sahəsi maililiyə malikdir. Orada qatar stansiyanı tərk eləməmiş digər stansiyada qatar hərəkət edə bilmir. Bu səbəbdən həmin istiqamətlərdə cüzi ləngimələr olur. Bunun bütün xəttə təsir etməməsi üçün tənzimləmə işləri aparılır”, - o qeyd edib.