Bakı metrosunda qadın qarət olundu

12.12.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı metrosunda cibgirlik edilib.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Metropolitendə Polis İdarəsinə müraciət edən bir qadın "Qara Qarayev" stansiyasında içərisində pulu, bank kartı və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Umudov müəyyən olunaraq saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью