Bakı metrosunda qadın qarət OLUNDU

12.12.2024

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı metrosunda cibgirlik edilib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Metropolitendə Polis İdarəsinə müraciət edən bir qadın "Qara Qarayev" stansiyasında içərisində pulu, bank kartı və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Umudov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью