Bakı metrosunda qatarlar arasında interval niyə 9 dəqiqəyə çatır?

14.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərnişinlər metro qatarlarının hərəkət intervalının çox olmasından şikayətçidirlər.

Onlar bildirirlər ki, metronun "Azadlıq Prospekti" stansiyasında səhər qatarlar təxminən 9 dəqiqə interval ilə gəlir, "İnşaatçılar" stansiyasında isə bir dəqiqədən artıq gözləyir.

Məsələ ilə bağlı Oxu.Az "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində səhər və axşam gur saatlarda sərnişin sıxlığının tənzimlənməsi məqsədilə qatarların hərəkət qrafiki nəzərə alınır:

"Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə səhər saatlarında qatar "Memar Əcəmi" stansiyasından geri qaytarılır. Həmin vaxt "Nəsimi"-"Dərnəgül" sahəsində interval iki dəfə artıq olur. Hazırda yeni qrafiklə monitorinqlər yekunlaşmaq üzrədir. Sərnişin sıxlığı mümkün texniki imkanlardan istifadə edilməklə optimallaşdırılır".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью