Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı metrosunda problem yaranıb.
Avtosfer.az xəbər verir ki, qatarlardan bəziləri “Koroğlu” və “Ulduz” metro stansiyaları arasında qalıb.
“Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-a bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənilib.
Eltac