Bakı metrosunda qorxulu dəqiqələr KONKRET

21.04.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“45 dəqiqə tuneldə qaldım. Mən çıxanda hələ də qalanlar var idi”. 

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında “Bakı Metropoliteni”də yaranan nasazlıq səbəbindən, “Nərimanov” stansiyasından evakuasiya edilən sərnişin Orxan Mirzəyev deyib.

O bildirib ki, qatalar qəfildən dayanıb:

“Gənclik”də minmişdim, “Nərimanov”da saxladılar və dedilər ki, düşün metroda gərginlik aşağı düşüb”.

Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью