Bakı metrosunda rekord qeydə alınıb 800 MİN...

27.01.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ildə metro tarixində bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.

Bakıvaxtı.az bu barədə "Bakı Metropoliteni"  QSC-dən məlumat əldə edib.

Qurumdan bildirilib ki, sentyabrın 16-da 898 180 sərnişin metrodan istifadə edib: 

"2-ci ən yüksək göstərici də ötən il qeydə alınıb. Belə ki, noyabrın 7-də metrodan 885 786 sərnişin istifadə edib. 3-cü rekord göstərici isə 2018-ci ilin 24 dekabr tarixinə təsadüf edir. Həmin gün metropoliten 882 254 sərnişinə xidmət göstərib".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью