Bakı metrosunda retro AB HAVA VİDEOREPORTAJ

19.03.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bu gün təkcə təbiətdə yox, Bakı metrosunda da yaz ab-havası hiss olunurdu. Belə ki, metronun "İçərişəhər" stansiyasında ənənəvi olaraq bayramla əlaqədar retro vaqonlar nümayiş olunmağa başlayıb. vaqonlar rəngarəng çiçəklərlə, novruz atributlarıyla bəzədilib.  
Sərgini izləməyə gələn sərnişinləri isə Novruzun rəmzləri olan Kosa və Keçəl qarşılayır. 
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, retro vaqonların nümayişi martın 19-u, 20-si və 21-də saat 10:00-dan 22:00-dək davam edəcək. 
Ekspozisiyada keçmiş SSRİ dövrünün ilk metro qatarına aid "A” tipli vaqon, eləcə də 1950-ci illərin istehsalı "Q” və "E” tipli vaqonlar yer alır.  
Daha ətraflı videoda:
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью