Bakı metrosunda sərnişin ölüb

11.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakı metrosunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 28 May metrostansiyasında qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-dən APA-ya bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib: “Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью