Bakı metrosunda sərnişinlər qatardan düşürüldü Rəsmi açıqlama

04.12.2024

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Bakı metrosunda qatarların birində nasazlıq yaranıb. 

Adalet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

"Yaşıl xətt üzrə Əhmədli-Dərnəgül marşrutu üzrə hərəkət edən qatar 28 May stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən 28 May stansiyasında sərnişinlər düşürülüb. Hazırda qatar xəttə ikən ona baxış keçiriləcək", - deyə məlumatda qeyd edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью