Bakı metrosunda sərnişinlərin 21% dən çoxu QR biletlə ödəniş edib

13.02.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC-də 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.

Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, bütün ödənişli sərnişinlərin 21,1 %-i deməkdir.

Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)

Yanvarda “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью