Bakı metrosunda texniki problem yarandı

19.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Belə ki, dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью