Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA

11.03.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişinin iddiası əsassızdır:

"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir"./Oxu.az

Milli.Az

__________________

Bakı metrosunda qatarda tüstülənmə baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью