Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı metrosunda problem yaranıb.
Axşam.az xəbər verir ki, metronun bütün istiqamətlərində qatarlar hərəkət etmir. Nəticədə platformada çox sayda sərnişin toplanıb.
Rəsmi verilən elana görə, qatarların hərəkətində texniki nasazlıq yaranıb, sərnişinlərdən yerüstü nəqliyyatdan istifadə etmələri tövsiyə edilir.
***
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb:
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik".