Bakı metrosunda yeni dövr Bu depo ilk qatarını qəbul etdi

11.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edərək vacib mərhələni geridə qoyub.

Bu barədə "Yeni Sabah"a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi çərçivəsində sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün zəruri texniki parametrlər üzrə tam yoxlanılıb. pizza

Yeni depoda Bakı metropoliteninin Yaşıl xəttində hərəkət edən qatarların təmir-baxışı, texniki qulluğu, gecələməsi və digər profilaktik tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, “Dərnəgül” deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsidir. Layihə metropolitendə xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin sıxlığının və qatarlararası intervalların minimuma endirilməsinə xüsusi töhfə verəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью