Bakı metrosunda YENİ TƏYİNATLAR

20.08.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, Şuraya "AZCON Holding"in İcraçı direktoru Şahin Babayev rəhbərlik edəcək.

Şuranın digər üzvləri AZCON-un İcraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı - Maliyyə departamentinin direktoru Taylan Tekelidir.

Xatırladaq ki, "Bakı Metropoliteni"nin Müşahidə Şurası 2021-ci ildə yaradılıb. Şuranın keçmiş tərkibi aşağıdakı şəxslər idi:

Rəşad Nəbiyev - Rəqəmsal inkişaf və nəqliyyat naziri;

Rəhman Hümmətov - Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

Məmməd Abbasbəyli - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi;

Günel Cavadova - Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri;

Vüqar Məcidli - Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью