Bakı metrosundan istifadə edənlər üçün VACİB XƏBƏR

26.07.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.

Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.

Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara "Koroğlu" stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью