Bakı metrosundan istifadə edənlərin sayı azalıb

14.07.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 111,4 mln. olub, bu da illik müqayisədə1,6% azalma deməkdir.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin birinci yarısında Bakı metropolitenindən 113,2 mln. sərnişin istifadə edib ki, bu da 2023-cü ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 4,1% çoxdur.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью