Bakı metrosundan şüşə arakəsmələrlə bağlı AÇIQLAMA

07.02.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Daha öncə Bakı metrosunda şüşə arakəsmələrin mövcudluğu barəsində xəbər vermişdik.

Mövzu ilə bağlı Bakı Metropolitenə ünvanladığımız sorğuya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a cavab olaraq bildirilib ki, Bakı metropolitenində təhlükəsizlik ən əsas vəzifələrdəndir. Bu səbəbdən təhlükəsizliklə bağlı bütün detallar, o cümlədən, platforma təhlükəsizlik qapılarının tətbiqi imkanları diqqət mərkəzində saxlanılır:

"Platforma qapıları daha çox sərnişin sıxlığı müşahidə olunan stansiyalar üçün aktual sayılır. Onların quraşdırılması üçün bir sıra texniki tələblər vacibdir və bu səbəbdən gələcəkdə də məsələ ilə bağlı araşdırmalar davam etdiriləcək".
Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью