Bakı metrosundan VACİB MÜRACİƏT Bu qatarlarda gecikmələr var

29.01.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bakı Metropoliteni" QSC yubanmalarla bağlı sərnişinlərə müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:

"Sərnişinlərin nəzərinə!

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью