Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. "2025-2026-cı illərdə "Bakı Metropoliteni" QSC-yə 30 vaqonun (6 qatar tərkibi) alınması n
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, istehsalçı müəssisə ilə razılaşmaya əsasən, 2025-ci il ərzində 30 yeni nəsil vaqonu alınaraq Bakı metropoliteninə gətiriləcək və tam komplektləşdirmə aparılaraq xətlərə buraxılması istiqamətində tədbirlər görüləcək: "Xətlər ayrıldıqdan sonra "yaşıl" xətdə ancaq yeni nəsil qatarlar hərəkət edəcək.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, bu dövrdə istismar müddətini başa vurmuş vaqonların əvəzlənməsi və 299 yeni vaqonun alınması planlaşdırılır".
Məhərrəm Əliyev Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.