Bakı metrosunun iki xəttində intervalda 20 dəqiqəyədək yubanmalar var

29.01.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью