Bakı moped dayanmış maşına çırpılıb: sürücü ağır vəziyyətdə FOTO

11.11.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda mopedin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, daşıma şirkətlərinə məxsus mopedin sürücüsü yolun kənarında dayanmış avtomobilə çırpılıb. 

Hadisə nəticəsində o, ağır xəsarət alıb. Ərazidə olan şəxslər ilkin tibbi yardım göstərib. Sürücü xəstəxanaya aparılıb. 

Fotonu təqdim edirik :

Könül 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью