Bakı Moskva marşrutu üzrə həyata keçirilən reyslər gecikir

11.03.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur. Bu barədə SİA AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью