Bakı Moskva təyyarəsi PUA hücumuna görə Kazana eniş edib FOTO

11.03.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi Kazandakı ehtiyat aerodroma yönləndirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu, Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Airbus A320-214 sərnişin təyyarəsi olub.

Təyyarə Moskva vilayəti yaxınlığında havada iki dəfə dövrə vurduqdan sonra Kazana yönəlib. 

Alternativ aerodroma getməyə səbəb Moskva hava qovşağının hava limanlarında PUA hücumları səbəbindən tətbiq edilən müvəqqəti məhdudiyyətlər olub.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью