Bakı mühüm görüşə ev sahibliyi edəcək

08.05.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Xatırladaq ki, mayın 8-nə planlaşdırılmış İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri təxirə salınıb. Netanyahunun ofisi bu qərarı təhlükəsizlik sahəsindəki son hadisələr və Qəzzada genişlənən quru əməliyyatları ilə əlaqələndirib.

Qeyd edək ki, Azərbaycan İsraillə genişmiqyaslı müdafiə əlaqələrinə malikdir və hazırda İsrail-Türkiyə arasında Suriyadakı vəziyyətlə bağlı aparılan danışıqlarda vasitəçi rolunu oynayır.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью