Bakı Naxçıvan avtobus reysləri nə vaxt bərpa olunacaq? RƏSMİ

21.07.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 28-dən Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb. Artıq 5 aydır fəaliyyət göstərməyən bu marşrutun nə zaman bərpa olunacağı isə əsas diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda reyslərin bərpası barədə hər hansı qərar qəbul edilməyib.

Müvafiq qərar olduğu təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью