Bakı Naxçıvan avtobus reysləri təxirə salınıb? AÇIQLAMA

16.04.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hava şəraiti ilə əlaqədar olaraq Bakı-Naxçıvan avtobus reysləri təxirə salınmayıb.

Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, avtobus reysləri adi qaydada davam etdirilir.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью