Bakı Naxçıvan Bakı avtobus reysi ilə bağlı AYNA dan AÇIQLAMA

20.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem yaranıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, sərinişinlər Biləsuvar ərazisindən İrana keçmək və Naxçıvana çatmaq üçün uzun müddət gözlədiklərini iddia ediblər. Onlar axşam saatlarından 80-dən çox adamın gömrük keçid məntəqəsində gözlədiyini bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov vurğulayıb ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb.

"19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük-keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirirlər. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью