Bakı Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir

19.06.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakıdan Naxçıvana, eləcə də əks istiqamətdə uçuşlar dayandırılıb.
Bu barədə Yeniavaz.com-a vətəndaşlar məlumat veriblər.
Bildirilib ki, gecədən bəri uçuşlar hər iki istiqamətdə dayandırılıb.
Məsələ ilə bağlı hələ ki hər hansı rəsmi məlumat verilməyib. “Azərbaycan Hava Yolları”na (AZAL) müvafiq sorğu ünvanlanıb.
Qeyd edək ki, iyunun 13-də başlayan İsrail-İran münaqişəsi ilə əlaqədar regionda bir sıra istiqamətlərdə uçuşlar dayandırılıb və ya təxirə salınıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью